-
- 21-07-2023, 12:35
- 475
Şuşada Qlobal Media Forumu başlayır
Milli mətbuatımızın 148 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb.
News24.az xəbər verir ki, Forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumunda ümumilikdə 50 ölkədən 250-dən çox qonağın və 120 media subyektinin iştirakı gözlənilir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Açılış mərasimindən sonra Forum işini sessiyalarla davam etdirəcək.
Sessiyalarda “Medianın gələcəyi: rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər”, “Mediada investisiya, istehlak tendensiyaları” və digər mövzularda müzakirələr aparılacaq. Qlobal Forum çərçivəsində, eyni zamanda, bəzi paralel tədbirlərin (“side event”) - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.
Forum iyulun 23-dək davam edəcək.