Bu ölkələr de-dollarizasiya yoluna qədəm qoydu
    • 21-07-2023, 13:47
    • 546

Bu ölkələr de-dollarizasiya yoluna qədəm qoydu

İran və İraq ABŞ dollarından asılılığı azaltmaq üçün neft müqabilində qaz sazişi bağlayıblar.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin “People's Daily” nəşri yazıb.

Bazar ekspertləri hesab edir ki, əldə olunan razılaşma iki ölkənin ABŞ-ın maliyyə məhdudiyyətlərindən xilas olmaq üçün yeni cəhdidir. Nəzərə alsaq ki, ABŞ sanksiyaları uzun müddətdir dünya iqtisadi sabitliyini təhdid edir, bu cür razılaşmalar isə bəzi ölkələrin de-dollarizasiyasını sürətləndirməyə kömək edəcək.

Bundan əlavə, Birləşmiş Ştatlar uzun müddətdir ki, Tehrana və onun ticarət tərəfdaşlarına qarşı sanksiyaları genişləndirməklə qlobal bazardakı dominant mövqeyindən istifadə edib. Bu, İranla digər ölkələr arasında normal ticarətə mənfi təsir göstərir. Buna görə də, neft-qaz müqaviləsi effektiv aşağı riskli barter ticarəti layihəsidir. Çox güman ki, gələcəkdə belə sazişlər daha çox olacaq.