Azərbaycan internetin sürətinə görə niyə üç pillə gerilədi?
    • 21-07-2023, 16:58
    • 564

Azərbaycan internetin sürətinə görə niyə üç pillə gerilədi?

Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 29,47 Mb/s sürətlə 116-cı yerdə qərarlaşıb.
 
Məlumata görə, ölkəmiz iyunda mobil internetin sürətinə görə 140 ölkə arasında 40,39 Mb/s sürətlə 59-cu yerdə qərarlaşıb. Bu isə aprelə nisbətən 3 pillə geriləmə deməkdir. 

Maraqlıdır, daha da inkişaf etmək əvəzinə niyə geriləyirik?

İT üzrə mütəxəssis Elvin Abbasov News24.az-a açıqlamasında bildirib ki, beynəlxalq statistikalarda geriləməyimizin səbəbi digər ölkələrin bu sahədə inkişafının bizdən daha sürətli olması ilə əlaqədardır: 

“Mobil internetdə ötən illə müqayisədə 33.64 Mb/s 40.39 Mb/s olub. Bu da 20% artım deməkdir. Sabit genişzolaqlı internetin sürəti 2022-ci ilin iyun ayında 22 Mb/s idi. Bu isə 34% artım deməkdir. Sadəcə, digər ölkələr də çox irəliləyiş əldə etdikləri üçün biz beynəlxalq statistikada 3 pillə geriləmişik”.

Qeyd edək ki, Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (200,24 Mb/s), sonuncu - 140-cı yeri isə Əfqanıstan (2,38 Mb/s) tutub.

Nərmin Murad