-
- 21-07-2023, 17:09
- 272
Lənkəranda tibb məntəqəsi qəzalı vəziyyətdədir - VİDEO
Lənkəran rayonunun Viyən kəndində yerləşən tibb məntəqəsi qəzalı vəziyyətdədir.
News24.az Xəzər TV-yə istinadən bildirir ki, məntəqənin döşəməsinin taxtaları qırılıb, divarlarda çatlar yaranıb.
Qapı - pəncərlər isə yararsız vəziyyətdədir.
Həkim məntəqəsi 50 ildən çoxdur ki, əhaliyə xidmət edir. Bu günə kimi burada əsaslı təmir işləri aparılmadığından bina qəzalı vəziyyətə düşüb.
Sakinlər deyir ki, bu gün məntəqənin ancaq adı qalıb. Şəraitsizliyə görə həkimlər də əziyyət çəkir, xəstələrə lazımi xidməti göstərə bilmirlər.
Kənddə ağır xəstələr olanda məcburiyyətdən şəhərə aparırlar. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər ki, standartlara uyğun olan bir tibb məntəqəsi tikilsin. Amma bu günə kimi onların müraciətlərinin heç bir nəticəsi olmayıb.
Viyən kənd tibb məntəqəsi 3000 nəfərdən çox əhaliyə xidmət edir. Burdakı həkimlər qonşu kəndlərin əhalisinə də tibbi xidmət göstərirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.