CAR məhkəməsi Putinin həbsinə "yox" dedi
    • 21-07-2023, 19:59
    • 259

CAR məhkəməsi Putinin həbsinə "yox" dedi

Cənubi Afrika Respublikasının Ali Məhkəməsi müxalifətin Rusiya prezidenti Vladimir Putinin avqustda bu ölkəyə səfəri zamanı həbsi ilə bağlı tələbini rədd edib. 

News24.az RT-yə istinadən xəbər verir ki, qərarda həmçinin məhkəmələrin bundan sonra eyni səpkili iddiaları icraata götürməsi də qadağan olunub.

Kreml rəhbəri Pretoriyada BRİKS ölkələrinin avqust ayındakı samitində iştirak etməlidir. 

Qeyd edək ki, bir qədər əvvəl CAR prezidenti Siril Ramafosa bu iddianın təmin edilməsini yolverilməz adlandırıb.