-
- 2-03-2019, 10:35
- 928
İntiqam Babayev Mərakeş Krallığının gənclərlə iş üzrə rəhbərləri ilə görüşüb
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığında rəsmi səfərdə olub.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, səfər çərçivəsində Mərakeşin gənclər və idman naziri Rachid Talbi Alami, nazirliyin İdman direktorluğunun və Qadın, uşaq və gənclərlə iş üzrə direktorluğunun rəhbərləri ilə görüşlər keçirilib.
Görüşlər zamanı nazir müavini İntiqam Babayev ölkəmizin inkişafı, gənclərlə iş və idman sahəsində əldə olunan nəaliyyətlər haqqında geniş məlumat verib. Eyni zamanda, iki ölkə arasında qeyd olunan sahələrdə əməkdaşlığın gələcək perspektivləri və növbəti illər üçün müvafiq protokolun və tədbirlər planının hazırlanması məsələləri müzakirə edilib. Hər iki ölkənin gəncləri arasında mübadilənin genişləndirilməsi və iştirakı ilə yeni layihələrin işlənilməsinin zəruriliyi vurğulanıb.
Daha sonra nümayəndə heyəti Kadrların Hazırlanması üzrə Kraliyyət İnstitutuna səfər edib, institutun fəaliyyəti ilə yaxından tanış olublar.
Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyini ziyarət edib, burada Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş foto-sərgi ilə tanış olub və Fövqəladə və Səlahiyyətli Səfir Oqtay Qurbanovla səfərlə bağlı fikir mübadiləsi aparıblar.