“Qarabağ” yeni transferini UEFA-ya sifariş etdi
    • 22-07-2023, 13:17
    • 387

“Qarabağ” yeni transferini UEFA-ya sifariş etdi

“Qarabağ” yeni transferi Patrik Andradeni UEFA-ya sifariş edib.

News24.az
qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la keçiriləcək oyunlar üçün yarımmüdafiəçinin adını iştirak ərizəsinə salıb.

Serbiya klubu “Partizan”dan qayıdan 30 yaşlı orta sahə oyunçusu “Rakuv”la matçlarda məşqçilər korpusunun sərəncamında olacaq. Baş məşqçi Qurban Qurbanovun ixtiyarında hazırda 26 oyunçu var.

“Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.