“Qarabağ”ın “Rakuv”la Bakıdakı matçının vaxtı açıqlandı
    • 20-07-2023, 14:18
    • 404

“Qarabağ”ın “Rakuv”la Bakıdakı matçının vaxtı açıqlandı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la cavab oyununun vaxtı müəyyənləşib.

News24.az xəbər verir ki, komandalar avqustun 2-də növbəti raundun iştirakçısını müəyyənləşdirəcəklər.

Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 26-da Polşada olacaq.