Zelenski Türkiyədən dəstək istədi
    • 22-07-2023, 22:32
    • 261

Zelenski Türkiyədən dəstək istədi

​​​​Ukrayna prezidenti Volodimir Zelenski prinsipial mövqeyinə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

News24.az-ın məlumatına görə, liderlər arasında telefon danışığı zamanı V. Zelenski ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı müzakirələrdə rəsmi Ankaranın rolunu xüsusi qeyd edib.

Tərəflər taxıl sazişinin bərpasının zəruri addım olduğuna diqqət çəkməklə yanaşı,bsülh formulunu da nəzərdən keçiriblər.

V. Zelenski eyni zamanda ukraynalı hərbi əsirlərin qaytarılması üçün Türkiyədən dəstək istəyib.