Azərbaycan Pakistanla tarixi sazişi imzalayacaq - İYULUN 24-DƏ
    • 22-07-2023, 23:39
    • 544

Azərbaycan Pakistanla tarixi sazişi imzalayacaq - İYULUN 24-DƏ

İyulun 24-də Pakistan və Azərbaycan mayeləşdirilmiş təbii qazla (LNG) bağlı tarixi saziş imzalayacaqlar.

News24.az-ın Pakistan mətbuatına istinadən məlumatına görə, bunu ölkənin neft üzrə dövlət naziri Musadik Malik Kəraçidə deyib.

Onun sözlərinə görə, ölkəsi hər ay Azərbaycandan maye qaz alacaq. 

Bundan əlavə, tərəflər 12 tanker maye qaz alınacağını da razılaşdırıb.

Xatırladaq ki, nazir daha əvvəl qeyd edib ki, Azərbaycanla müqavilə qış mövsümündə ölkəsinin qaza tələbatını ödəyəcək.