Qubad İbadoğlunun həyat yoldaşı da saxlanılıb? - DİN-dən AÇIQLAMA
    • 23-07-2023, 20:51
    • 555

Qubad İbadoğlunun həyat yoldaşı da saxlanılıb? - DİN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Qubad İbadoğlu ilə birlikdə onun həyat yoldaşının da saxlanılması ilə bağlı məlumat yayılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov News24.az-a bildirib ki, Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır.

Qubad İbadoğlunun və vəkilinin saxlanılması ilə bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.