Zaqatalada turistlərin axtarışları davam edir
    • 24-07-2023, 12:22
    • 160

Zaqatalada turistlərin axtarışları davam edir

Zaqatalada itkin düşən yerli turistlərin axtarışları davam edir.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

O xatırladıb ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub.

M.Mənsimov qeyd edib ki, Zaqatala Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ərazini tanıyan yerli sakinlərin iştirakı ilə onların axtarışları davam etdirilir.

Məlumata görə, yerli turistlərin gəzmək adı ilə getdiyi şəlalə Katex şəlaləsidir. Şəlalə Qəbizdərə kəndindən 4 km məsafədə yerləşir. Həmin ərazilər yüksək dağlıq-qayalıq ərazilərdir.

Girişi qadağan olunan Katex şəlaləsində əvvəllər də bir-neçə dəfə ölüm hadisələri baş verib. Odur ki, şəlalənin yerləşdiyi dağlıq əraziyə bələdçi olmadan getmək təhlükəlidir.