-
- 20-06-2022, 10:24
- 492
İtkin düşən turistin meyiti tapılıb? - DİN-dən AÇIQLAMA - FOTO
Zaqatalada itkin düşən hindistanlı turistin meyitinin tapılması barədə görüntülər yayılıb.
News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, vəhşi heyvanlar tərəfindən parçalanmış şəkildə tapılması barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Turistin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir. Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb. Yayılan fotolar daha əvvəl Gürcüstanda çəkilib”.
Qeyd edək ki, mayın 17-də Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.