Fərhad Bədəlbəyli: “Bu yol Şuşaya aparan yoldur”
    • 2-03-2019, 13:53
    • 955

Fərhad Bədəlbəyli: “Bu yol Şuşaya aparan yoldur”

“Məncə, artıq ölkəmizdə klassik musiqi alətləri kolleksiyasının yaradılmasının vaxtı gəlib çatıb. Cənab Prezident, bu, bütün dünyada böyük bir bazardır. Sizə misal gətirim. Qvarneri del Cezu skripkasının 2010-cu ildə iki milyon dollar qiyməti var idi. Bu gün onun qiyməti dörd milyon dollardır. Yəni, bunu biz investisiya şəklində ala bilərik və Azərbaycanın bu kolleksiyası olsa, burada bizim ən istedadlı cavan skripkaçılar oturublar. Elvin Qəniyev ayın 7-də maestro Rauf Abdullayevlə filarmoniyada çıxış edəcək. Onun qvarneri skripkası var, ona kirayə veriblər. Mən çox istərdim ki, Rusiyada, misal üçün, 60 milyon dollarlıq kolleksiya alıblar, violonçel”. 

News24.Az-ın məlumatına görə, bu sözləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akadmeiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli ötən gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın incəsənət xadimləri ilə görüşündə çıxışı zamanı deyib. Xal artisti bildirib ki, bu iş həm də investisiyadır: “Bu, o demək deyil ki, biz aldıq və qaldı. Vaxt ötdükcə, onun qiyməti qalxır. Əgər mümkünsə, bu kolleksiya məsələsinə baxasınız, cənab Prezident. Bu iki məsələ, bir də mən çox danışmaq istərdim. Amma bu iki məsələyə toxundum. Cənab Prezident, doğrudan da biz Sizi dəstəklədik və sözün düzü, biz Sizi çox sevirik. Sizin ailənizi sevirik. Maşallah, Sizin qızınız Leylanı hamı çox istəyir. Mən bir neçə dəfə “Xocalıya ədalət!” kampaniyasında iştirak etmişəm. Bir qarabağlı kimi deyim ki, bu, çox təsirlidir. O kampaniya bütün dünyada aparılır. Sağ olsun Leyla xanım, ona dərin təşəkkürümü bildirirəm. Qarabağ icmasının üzvü kimi burada Elçin və bizim ağsaqqalımız əyləşib. Biz bir arzu ilə yaşayırıq - bu yol Şuşaya aparan yoldur. İnanırıq ki, biz gec-tez orada olmalıyıq. Biz Şuşasız yaşaya bilmərik”.

Ülkər QASIMOVA