ABŞ Rusiyaya hücumu bu cür həyata keçirəcək
    • 24-07-2023, 18:16
    • 256

ABŞ Rusiyaya hücumu bu cür həyata keçirəcək

“ABŞ Ukrayna bayrağı altında Rusiyanın mühüm infrastrukturuna informasiya hücumları planlaşdırır və istiqamətləndirir”.

News24.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

“Pentaqon Kiber Komandanlığı, Milli Təhlükəsizlik Agentliyi və NATO-nun Tallinndəki Kibermüdafiə Mükəmməllik Mərkəzi ölkəmizin kritik informasiya infrastrukturuna Ukrayna bayrağı altında informasiya hücumları planlaşdırır və istiqamətləndirir”, - deyə Təhlükəsizlik Şurasının katibi bildirib.

Onun sözlərinə görə, ABŞ kəşfiyyat orqanları müvafiq hücumlara ukraynalı hakerləri fəal şəkildə cəlb edir.

Akqabay