-
- 24-07-2023, 21:07
- 462
Fələstin prezidenti Ankaraya gəldi
Fələstin prezidenti Mahmud Abbas prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gəlib.
News24.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Mahmud Abbası Esenboğa hava limanında xarici işlər nazirinin müavini və Avropa İttifaqının (Aİ) direktoru səfir Mehmet Kamal Bozay, Fələstinin Ankaradakı səfiri Faed Mustafa və digər rəsmi şəxslər qarşılayıblar.
Prezident Ərdoğan və Abbasın sabah keçiriləcək rəsmi görüşlərdə Türkiyə-Fələstin münasibətləri, İsrail-Fələstin münaqişəsindəki son proseslər və digər aktual, regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.
Leyla SƏMƏNDƏR