Mingəçevirdə qayıq limana çırpıldı – Xəsarət alanlar var
    • 25-07-2023, 09:46
    • 179

Mingəçevirdə qayıq limana çırpıldı – Xəsarət alanlar var

Mingəçevirdə motorlu qayığın limana çırpılması ilə bağlı araşdırma başlanıb.

Bu barədə News24.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

İyulun 24-də, saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbaszadə, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.