Goranboyda minik avtomobili dəmir maneəyə çırpılıb, xəsarət alanlar var
    • 31-10-2022, 20:17
    • 266

Goranboyda minik avtomobili dəmir maneəyə çırpılıb, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Məlumata görə, "Nissan" markalı avtomobilin idarəetmədən çıxaraq yolayrıcı olan dəmir maneəyə çırpılması nəticəsində bir ailənin 4 üzvü - 1995-ci il təvəllüdlü N.Qəhrəmanlı, 1998-ci il təvəllüdlü Ə.Qəhrəmanlı, onların 1 və 2 yaşlı övladları müxtəlif bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdiriliblər.

Vəziyyətləri qənaətbəxş və normal hesab olunur.

Faktla bağlı araşdırma aparılır./"Report"/