Mingəçevirdə kater sahilə çırpıldı
    • 25-07-2023, 01:28
    • 200

Mingəçevirdə kater sahilə çırpıldı

Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var.

Daxili İşlər Naziriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a bildirilib ki, dünən axşam saat 21 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.

Hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.