Dənizdə dalğanın hündürlüyü - Faktiki hava
    • 25-07-2023, 10:14
    • 249

Dənizdə dalğanın hündürlüyü - Faktiki hava

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Sarıbaşda ( Qax) 36 mm, Şəmkirdə 13 mm, Ağstafada 9 mm, Gədəbəy, Balakən,Tovuz, Şahdağ, Zaqatala, Şəki, Qusar, Şahbuz, Daşkəsən, Gəncə, Ceyrançöl, Oğuz, Mingəçevir, Yevlax, Cəfərxan, Qəbələ, Biləsuvar, Naftalanda 8 mm-dək olub.

Gecə saatlarında isə Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Tərtər, Neftçala, Gəncədə 20 m/s, Ağdamda 18 m/s, Mingəçevirdə 17 m/s, Şəmkir, Bərdədə 16 m/s, dək, Bakıda və Abşeron yarımadasında 28-30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.