Faktiki hava: Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb
    • 11-07-2023, 18:38
    • 302

Faktiki hava: Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 11-i saat 17:00-a olan məlumatına əsasən Göytəpə, Oğuz, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qusar, Xınalıq, Quba, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən News24.az-a verilən xəbərə görə, şimal-qərb küləyi arabir Naftalanda 25 m/s, Ağdam, Göyçay, Zərdab, Tərtərdə 20 m/s, Yevlax, Gəncədə 18 m/s, Beyləqanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb