-
- 25-07-2023, 10:28
- 232
Rusiya “Smerç”lə vurdu - 10 yaşlı uşaq öldü
Rusiya ordusu Konstantinovkanı (Donetsk vilayəti) atəşə tutmaq üçün “Smerç” reaktiv yaylım atəş sistemindən (MLRS) istifadə edib. Nəticədə 10 yaşlı uşaq ölüb.
News24.az xəbər verir ki, söhbət rusların iyulun 24-də həyata keçirdikləri hücumdan gedir. Həmin hücumda uşaq ağır yaralanıb. Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko Teleqram kanalında yazıb ki, uşaq bu gün səhər vəfat edib. Rusiyanın atəşi nəticəsində ölən ukraynalıların ümumi sayı iki nəfərdir.
Üç qız (5 yaşlı, 11 yaşlı və 12 yaşlı), həmçinin 12 yaşlı uşaq da daxil olmaqla 7 nəfər yaralanıb. Bir uşağın vəziyyəti ağırdır, o, ixtisaslı yardım üçün qonşu rayondakı xəstəxanaya çatdırılıb.
Kirilenko xatırladıb ki, dünən Rusiya ordusu yerli su anbarının sahilində dincələn insanlara atəş açıb. Hücum yerli vaxtla axşam saat 19:00 radələrində baş verib. Ruslar “Smerç” MLRS-dən başqa kaset sursatlarından da istifadə edirdilər.
Akqabay