Bu il verilən ipoteka kreditlərinin həcmi açıqlandı
    • 25-07-2023, 12:24
    • 538

Bu il verilən ipoteka kreditlərinin həcmi açıqlandı

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 243,6 milyon manat kredit verilib.

Mərkəzi Bankdan News24.az-a verilən məlumata görə, bu, ötən illin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,5 % artaraq 211,8 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 7,7 % artaraq 140 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 43,8 milyon manata düşüb.