"TikTok"dan daha bir yenilik
    • 25-07-2023, 12:28
    • 176

"TikTok"dan daha bir yenilik

"TikTok" istifadəçilərə mətn mesajları vasitəsilə hekayələri, şeirləri, sözləri və digər yazılı məzmunu paylaşmağa imkan verən funksiyasını  təqdim edib.

News24.az xəbər verir ki, müvafiq olaraq, istifadəçilər yalnız mətn məzmunu, həmçinin video və foto seriyalar yarada və dərc edə biləcəklər.

TikTok-un yeni mətn yazılarında 1000 simvol limiti var. İstifadəçilər digər funksiyalar arasında audio əlavə etməklə (mahnı parçaları kimi), məkanı etiketləməklə, şərhləri aktivləşdirməklə və duetlərə icazə verməklə mətn yazılarını fərdiləşdirə bilərlər.

Bildirilib ki, Twitter və ya Threads-dən fərqli olaraq, bu funksiya TikTok-da mətn əsaslı yazılarla söhbəti asanlaşdırmaq üçün nəzərdə tutulub.

Aydan