Qayınanasını baltalayıb evə od vuran şəxs polisə könüllü təslim olub - VİDEO
    • 2-03-2019, 15:05
    • 935

Qayınanasını baltalayıb evə od vuran şəxs polisə könüllü təslim olub - VİDEO

Bərdə rayonunda baş verən qətl hadisəsinin təfərrüatları yayılıb.

News24.az “Report”a istinadən xəbər verir ki, rayonun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək, orada balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, 6 yaşlı övladını da götürərək, oradan uzaqlaşıb.

Daha sona qətli törədən şəxs polisə könüllü təslim olub.

Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.