Xankəndiyə Ağdamdan “dəhliz” verilməsi məsələsi... - Paşinyan
    • 25-07-2023, 14:25
    • 185

Xankəndiyə Ağdamdan “dəhliz” verilməsi məsələsi... - Paşinyan

“Ağdamdan keçməklə Qarabağa humanitar dəhlizin verilməsi məsələsini müzakirə etməmişəm, çünki belə bir məsələni müzakirə etməyə nə ehtiyacım, nə də mandatım var”.

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Jurnalistin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycanın Ağdamdan keçməklə Qarabağa “humanitar dəhliz” verilməsi təklifinin önəmli olması barədə bəyanatının Paşinyanın təəccübünə səbəb olub-olmaması ilə bağlı sualına Paşinyan belə cavab verib: “Sürpriz deyildi, amma mən belə bir sualı müzakirə etməmişəm, çünki belə bir sualı müzakirə etməyə nə ehtiyacım var, nə də mandatım. Mən isə “Laçın dəhlizi” ilə bağlı məsələni müzakirə etməliyəm, çünki bu, imzalayanlardan biri olduğum 9 noyabr müqaviləsində var”.

Akqabay