Nikol əsəbləşdi:
    • 25-07-2023, 16:36
    • 206

Nikol əsəbləşdi: "Hansı referendumdan söhbət gedir? Mən Ermənistana cavabdehəm"

“Mən Ermənistan xalqından Ermənistanla bağlı qərar qəbul etmək üçün mandat almışam, fəaliyyətimin obyekti Ermənistan Respublikasıdır”. 

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.

Paşinyan jurnalistin “Qarabağ xalqının fikrini nəzərə almadan onun Qarabağın Azərbaycanın bir hissəsi kimi tanımaq hüququna malik olması və bu mövzuda referendumun keçirilməsinin mümkün olması” ilə bağlı sualuna belə cavab verib: “Deyirsiniz, niyə insanlarla müzakirə etmirsiniz, amma bu, canlı yayımlanır, bu da müzakirə olunur, amma mən altı saatdır istintaq komissiyasında suallara cavab verirəm, faktlardan danışıram, bu nədir? Biz hesab etmirik ki, Qarabağ xalqının taleyini biz həll edə bilərik, onlar buna qərar verməlidirlər. Mənim Ermənistan Respublikası ilə bağlı qərar vermək mandatım var, buna cavabdehəm. Mən bunu 2018-ci ildən təkrar edirəm. Hansı referendumdan söhbət gedir? Sualların güzgü təsirini nəzərə almalıyıq” - Paşinyan bildirib.

Akqabay