-
- 25-07-2023, 14:28
- 332
Paşinyan: "Ermənistan Qarabağ xalqının taleyini həll edə bilməz"
“Ermənistan Qarabağ xalqının taleyini həll edə bilməz. Qarabağ nümayəndələri, danışıqların iştirakçısı olmalıdırlar2.
News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Qarabağın hüquq və təhlükəsizliyi məsələsi Bakı-Xankəndi arasında beynəlxalq iştiraklı dialoq çərçivəsində müzakirə edilməlidir.
Paşinyan bildirib ki, Azərbaycan danışıqlar masası arxasında Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib.
“Mən danışıqlar masasında belə bir mesaj eşitməmişəm ki, Azərbaycan Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi haqqında danışmaqdan imtina edir”.
Arzu