Putin Şoyqunu bu ölkəyə göndərir
    • 25-07-2023, 15:22
    • 203

Putin Şoyqunu bu ölkəyə göndərir

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti KXDR-ə səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"KXDR Müdafiə Nazirliyinin dəvəti ilə Rusiya nümayəndə heyəti 1950-1953-cü illərdə azadlıq müharibəsində Koreya xalqının qələbəsinin 70-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün Koreya Xalq Demokratik Respublikasına səfər edəcək", - nazirlikdən bildirilib.

Səfər iyulun 25-27-də baş tutacaq. Müdafiə Nazirliyi bu səfərin Moskva ilə Pxenyan arasında hərbi əlaqələrin möhkəmlənməsinə kömək edəcəyini və iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm mərhələ olacağını vurğulayıb./publika/