Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Bakıya səfər edəcək
    • 14-06-2021, 14:20
    • 436

Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Bakıya səfər edəcək

Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 15-də ölkəmizə səfər edəcək.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair təqdimatlar veriləcək.