Məşhur futbolçu Bakıya gəlir - FOTO
    • 2-03-2019, 16:12
    • 815

Məşhur futbolçu Bakıya gəlir - FOTO

Məşhur futbolçu Andrey Arşavin növbəti dəfə Bakıya gələcək.

News24.az-ın Rusiya KIV-nə istinadən yaydığı xəbər görə, Rusiya milli yığması və “Arsenal”ın keçmiş futbolçusu 3 mart tarixində baş tutacaq “Bakı 2019: Ulduzların finalı”nda dünya futbolunun ulduzları ilə birgə meydançaya çıxacaq.

Qeyd edək ki, “Bakı 2019: Ulduzların finalı” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalı ilə bağlıdır.