Uşaq batutdan yıxıldı - FOTO
    • 25-07-2023, 16:56
    • 203

Uşaq batutdan yıxıldı - FOTO

İskitim şəhərində ticarət mərkəzində batutda əylənən uşaq belindən ciddi xəsarət alıb.

News24.az xarici mətbuata istinadəın xəbər verir ki, bu barədə Novosibirsk vilayətinin prokurorluğu məlumat yayıb.

Xəsarət alan uşağın atası övladının böyük bir çuxura düşdüyünü deyib.

“Uşağımız təpəyə dırmaşmaq istədi, nərdivana tərəf qaçdı və qəfildən böyük bir çuxura düşdü. Zədələnmiş batutun necə işlədilməsi ilə bağlı suallarımıza cavab vermədilər və hətta üzr də istəmədilər".

Qeyd edək ki, iyulun əvvəlində yeddi yaşlı qız İskitimdə ticarət mərkəzinin yaxınlığında batutda tullanarkən qolu sınıb.

Aynurə