Gənclik Mall-da bədbəxt hadisə: 5 yaşlı uşağın başı çatladı
    • 23-10-2018, 17:45
    • 1 856

Gənclik Mall-da bədbəxt hadisə: 5 yaşlı uşağın başı çatladı

5 yaşlı uşaq ticarət mərkəzində yıxılaraq ağır xəsarət alıb.
 
Primetime.az xəbər verir ki, Məhbubə Əsgərova dərhal xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.
 
Məhbubə Əsgərovanın valideyninin  verdiyi məlumata görə, o qızını uşaqlar üçün nəzərdə tutulan meydançada oynamağa təhvil verib. Özü isə ticarət mərkəzinin digər mərtəbəsində olub. Qəfildən valideyni çağırıblar ki, uşağın huşu gedib. Səbəbi soruşduqda məlum olub ki, körpənin başı bərk hissəyə dəyib və çatlayıb. Valideyn iddia edir ki, ticarət mərkəzinin bu hissəsində yumşaq döşəmə olmalı imiş, amma yoxdur.
 
“Artıq uşaq iki gündür xəstəxanada olsaq da, nə polis əməkdaşları, nə də ticarət mərkəzinin nümayəndələrindən heç kim baş verən hadisə ilə maraqlanmayıb” – deyə, valideyn əlavə edib.
 
Əyləncə mərkəzinin baş meneceri Abbasov Nəriman hadisə ilə bağlı açıqlamasında bildirib ki, uşaq öz səhlənkarlığı üzündən yıxılıb: “Uşaq qardaşı ilə qaçıb oynadığı zaman yumşaq zonada yıxılır və başı yerə dəyir. Dərhal bizim əməkdaşlar tərəfindən ilkin tibbi yardım göstərilir. Daha sonra valideynlərinə xəbər verilib. Uşaq isə xəstəxanaya çatdırılıb. Həmin gün və səhərisi gün biz valideynləri ilə əlaqə saxlamışıq. Atası bizi günahlandırmayıb. Sadəcə olaraq yerin bir az möhkəm olduğunu bildirib.
 
Bizim isə beynəlxaq standartlara uyğun sertifikatımız var. Bu gün də biz onların yanına gedəcəkdik, amma telefon zənglərimizə cavab vermədilər. Bildiyimizə görə, onlar artıq xəstəxananı tərk ediblər”.
 //Primetime.az