Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlıq
    • 25-07-2023, 19:46
    • 229

Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlıq

İyulun 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.

News24.az xəbər verir ki, MN-dən verilən məlumata, Nazirliyin rəhbər heyəti sərgidə "ASELSAN", "ROKETSAN", "DEARSAN" və digər şirkətlərin stendlərində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Səfər çərçivəsində general-polkovnik Zakir Həsənov, həmçinin Türkiyənin texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşüb.

Görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.