Azərbaycan Cibuti ilə hərbi əməkdaşlıq edəcək
    • 30-04-2019, 20:41
    • 1 083

Azərbaycan Cibuti ilə hərbi əməkdaşlıq edəcək

Aprelin 30-da İstanbulda keçirilən “İDEF-2019” beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Cibuti Respublikasının Müdafiə naziri Əli Hassan Bahdon ilə görüşüb. Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.