Avstralyada onlarla balina öldü
    • 26-07-2023, 10:07
    • 131

Avstralyada onlarla balina öldü

Avstraliyanın qərbində kütləvi şəkildə  51 pilot balinanın öldüyü açıqlanıb.

News24.az
xəbər verir ki, hadisə Qərbi Avstraliyanın Pert şəhərindəki "Cheynes Beach"-də baş verib.

Qərbi Avstraliya Parklar və Vəhşi Təbiət Xidmətindən verilən açıqlamada 51 balinanın sahildə ölü tapıldığını bildirib. Qalan 46 balinanın isə dərin sulara qaytarılması üçün könüllülər və təşkilatlarla birgə iş aparıldığı bildirilib.

Pilot balinaların güclü sosial əlaqələri olduğu bilinir. Dəniz mütəxəssislərinin fikrincə, əgər balina çətinliklə qarşılaşsa və quruya çıxsa, onu digər pilot balinalar izləyir.

Aydan