Venesuelada təyyarə qəzaya uğrayıb, 4 hərbçi və 1 pilot ölüb
    • 12-03-2019, 15:05
    • 950

Venesuelada təyyarə qəzaya uğrayıb, 4 hərbçi və 1 pilot ölüb

Venesuelanın cənub-qərbində yerləşən Bolivar bölgəsində “Cessna 206” tipli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

News24.Az “Report”-a istinadən xəbər verir ki, məlumatı “DHA” yayıb.
Bildirilib ki, hadisə Bolivar bölgəsinin Gran Sabana rayonunda baş verib. Təyyarənin göyərtəsində olan 4 hərbçi və pilot ölüb, nəfər isə ağır yaralı halda xəstəxanaya aparılıb.
Hadisənin səbəbi araşdırılır.