Ana balina ölən balasından doya bilmədi, hətta bir həftə...
    • 2-08-2018, 18:08
    • 1 645

Ana balina ölən balasından doya bilmədi, hətta bir həftə...

ABŞ-nın San-Juan adasının okeanında üzən balina diqqəti üzərinə çəkib. 

News24.az xəbər verir ki, bir həftədir balina ölən balasından ayrıla bilmir. Hətta, bir həftədir yemək də yemir və ölmüş balasını öz kürəyində daşıyır. Buna görə sürüdən də ayrı düşüb. 


Mütəxəssislər tərəfindən izlənilən balinanın 24 iyulda balaladığı deyilir. Yüzlərlə balinaları izləyən mütəxəssislərin bildirdiyinə görə, balinanın balası doğulduqdan yarım saat sonra ölüb. 


Vaşinqton Universitetinin Bialoji Araşdırmalar bölməsindən Deborah Giles bildirib ki,  20 yaşında olan  balina mənəvi cəhətdən çöküb və balası üçün iztirab çəkir. 


Elvin Nüsrətoğlu