İsveçli nazir quranı yandıranlardan danışdı: “Alçaq...”
    • 26-07-2023, 10:16
    • 189

İsveçli nazir quranı yandıranlardan danışdı: “Alçaq...”

İsveç xarici işlər naziri Tobias Billström ölkəsində Qurana qarşı edilən hücumları “alçaq” davranış kimi qiymətləndirib.

News24.az xəbər verir ki, bu barədə o, Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə telefon danışığı zamanı bildirib. 

Bilström bu cür hücumların təkrarlanmaması üçün qanunda dəyişiklik edəcəklərini  qeyd edib. 

Xatırladaq ki, iyulun 21-də İslam əleyhinə olan marjinal qruplar İraqın Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıblar.