Çavuşoğlu "Quran"in yandırılmasını pislədi
    • 21-01-2023, 19:25
    • 307

Çavuşoğlu "Quran"in yandırılmasını pislədi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin paytaxtı Stokholmda müqəddəs "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə pisləyib.

News24.az xəbər verir ki, nazir bunu İslam əleyhinə alçaq və irqçi hərəkət adlandırıb.

"Nifrət, ksenofobiya və irqçiliyin təzahürü söz azadlığı ilə heç bir əlaqəsi yoxdur! Ümid edirəm ki, İsveç hakimiyyəti lazımi tədbirləri görəcək. Əks halda, aksiyaya bütün dünyada kəskin mənfi reaksiya nümayiş etdiriləcək”, - Çavuşoğlu bildirib.

Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın isə bunu “müasir barbarlıq” adlandırıb.