İslam Əməkdaşlıq Təşkilatı Qurana görə fövqəladə iclas keçirəcək
    • 26-07-2023, 10:43
    • 261

İslam Əməkdaşlıq Təşkilatı Qurana görə fövqəladə iclas keçirəcək

İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatı İsveç və Danimarkada Qurana qarşı edilən təhqirlərə görə bazar ertəsi fövqəladə iclas keçirəcək.

News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlama verib.

Xatırladaq ki, iyunun 28-də İsveçdə İraq əsilli Salvan Momika Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb. Daha sonra Momika Stokholmdakı İraq səfirliyi qarşısında Quranı və İraq bayrağını ayağının altına alaraq İslamı təhqir edib. Bundan əlavə, ötən həftə Danimarkanın Kopenhagendəki İraq səfirliyi qarşısında ifrat sağçı “Danske Patrioter” (Danimarka Vətənpərvərləri) adlı qrup sosial şəbəkələrdə Quranın yandırıldığını və İraq bayrağının tapdalandığını əks etdirən video yayımlayıb.