-
- 26-07-2023, 11:18
- 477
Babayan: "Xankəndiyə Ağdamdan tədarük olsun"
Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşdirilən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı tör-töküntülərinin keçmiş “təhlükəsizlik şurası katibi” Samvel Babayan Azərbaycan hökumətinin ərzaq tədarükünün Ağdamdan Xankəndiyə Əsgəran yolu ilə çatdırılmasının zəruriliyi ilə bağlı təkliflərini qəbul etməyə çağırış edib.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.
Babayan Bakı ilə danışıqlar aparmağa hazır olduğunu, Ağdamdan Xankəndiyə qida və digər məhsulların tədarükünü məqbul hesab etdiyini bəyan edib. Bu məqsədlə Babayan tərəfdarları və “separatçı hökumət” nümayəndələri ilə görüşləri bərpa edib.
Məlumata görə, Babayan Qurgen Nersisyanı “dövlət naziri” postundan uzaqlaşdırmaq üçün öz tərəfdarlarını fəal şəkildə səfərbər edir. Babayan özü bu postu tutmaq və Qarabağ ermənilərini Azərbaycan tərəfinin təklifini qəbul etməyə inandırmaq istəyir.
Akqabay