-
- 26-07-2023, 12:29
- 379
Qarabaşağın qiyməti artacaq - 10%
Rusiyada qarabaşaq yarmasının qiymətlərində kəskin artım proqnozlaşdırılıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rublun zəifləməsi, mövsümün sonu və rekord ixraca görə Rusiyada qarabaşaq yarmasının orta qiymətləri sentyabr ayına qədər demək olar ki, 10% kəskin arta bilər. Bir ton taxılın qiymətinin 41 min rubldan 45 min rubla qədər artacağı güman edilir. Bu isə tələbin dəyişməsinə səbəb ola bilər.
Qeyd olunur ki, qarabaşaq yarmasının qiymətləri 2022-ci ilin aprelindən ucuzlaşdıqdan sonra iyul ayından qalxmağa başlayıb. “Rusprodsoyuz” assosiasiyasının ekspertləri Rusiyada digər dənli bitkilərin də bahalaşacağını vurğulayırlar. Xüsusilə, düyü 2,5% bahalaşıb ki, bu da yükdaşıma tariflərinin artması ilə bağlıdır.