Əfqanıstanda gözəllik salonları bağlandı: Minlərlə qadın işsiz qaldı
    • 26-07-2023, 14:16
    • 192

Əfqanıstanda gözəllik salonları bağlandı: Minlərlə qadın işsiz qaldı

Əfqanıstanda nəzarəti ələ keçirən Taliban qüvvələri bir ay əvvəl gözəllik salonlarının bağlanacağını açıqlamışdı.

News24.az xəbər verir ki, Taliban dünən verdiyi açıqlamada ölkədəki bütün gözəllik salonlarının bağlanmalı olduğunu bildirib. Bu məhdudiyyətlə gözəllik salonlarında çalışan 60 min qadının işsiz qalacağı düşünülür.

Taliban rəsmiləri dünən verdiyi açıqlamada bir aylıq müddətin bitdiyini və ölkədəki bütün gözəllik salonlarının bağlanmalı olduğunu bildiriblər.

Bu qərar Əfqanıstanda qadın və qızların təhsildən, ictimai məkanlardan və iş həyatından kənarlaşdırılmasından sonra son məhdudiyyət idi.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş qadağanı geri götürmək üçün Əfqanıstan rəsmiləri ilə danışdığını açıqlayıb.

Aydan