-
- 13-09-2021, 11:38
- 474
"Taliban" ölkədə qadın tələbələr üçün yeni qaydaları açıqladı
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" ölkədə universitetlərin cinsiyyətə görə ayrılacağını və yeni geyim qaydaları tətbiq ediləcəyini açıqlayıb.
News24.az BBC-yə istinadən xəbər verir ki, ali təhsil naziri Abdul Baqi Haqqani qadınların ancaq kişilərdən ayrı olmaq şərti ilə təhsil ala biləcəyini deyib.
O, həmçinin şagirdlərə öyrədiləcək fənlərin yenidən nəzərdən keçiriləcəyini də vurğulayıb.
Məlumata görə, yeni qaydalar qadınları təhsildən uzaqlaşdıracaq, çünki universitetlərin ayrı sinif yaratmağa vəsaitləri yoxdur.
Abdul Baqi Haqqani isə ölkədə kifayət qədər qadın müəllimin olduğunu, çatışmazlıq yaranarsa alternativlərin tapılacağını bildirib.
"Hər şey universitetin imkanlarından asılıdır. Kişi müəllimlər də pərdə arxasından dərs deyə və ya texnologiyadan istifadə edə bilərlər".
Qeyd edək ki, Əfqanıstanda "Taliban"ın 1996-2001-ci illərdəki hakimiyyəti dövründə qadın və qızlara məktəb, həmçinin universitetlərə getmək qadağan olunmuşdu.
"Taliban" hakimiyyətindən öncə Əfqanıstanda qadın tələbələrin xüsusi geyim forması yox idi və onlar kişilərlə yanbayan təhsil ala bilirdilər.