-
- 26-07-2023, 15:51
- 502
Lavrova ""Dağlıq Qarabağ" sözünü işlətmə" dedilər, Ermənistanda aləm bir-birinə dəydi
Xəbər verdiyimiz kimi, Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlərinin nazirlərinin üçtərəfli görüşündə maraqlı hadisə yaşanıb. Çıxışa hazırlaşan Rusiya xarici işlər naziri Sergey Lavrova yaxınlaşan müşaviri ona “keçmiş DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) termini azərbaycanlıların xoşuna gəlməyə bilər” deyib. Bundan sonra Sergey Lavrov mikrofonun açıq olduğunu görüb və onu söndürüb.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin fərmanı ilə Dağlq Qarabağ adında çoğrafi ərazi ləğv olunub, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur. Eyni zamanda bu ifadə artıq işlədilmir. Görünür, Sergey Lavrov Azərbaycan Prezidentinin qərarına hörmətlə yanaşaraq “Dağlıq Qarabağ” əvəzinə Qarabağ ifadəsi işlədib.
News24.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markov məsələ ilə bağlı bildirib ki, Sergey Lavrov tərəfindən Azərbaycan və Ermənistanda əsl fırtına yaradılıb.
“Bütün erməni sosial şəbəkələri qışqırır ki, Rusiya Azərbaycanın yanındadır, ki erməni Qarabağı dumanda yox olur və onunla vidalaşa bilərsən. Azərbaycan sosial şəbəkələri isə həvəslə Rusiyanı tərənnüm edir və deyirlər ki, nizamlanmada əsas ABŞ və ya Aİ deyil, məhz Rusiya olmalıdır”, - Markov qeyd edib.
Akqabay