“Parlamentinin sədri” istefa verdi
    • 26-07-2023, 16:08
    • 244

“Parlamentinin sədri” istefa verdi

Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazidə özünü “dövlət” elan edən qondrama və oyuncaq “DQR”in “parlamentinin sədri” Artur Tovmasyan istefa verib.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Xankəndidəki mənbələr məlumat yayıb.

Hələlik xəbərin rəsmi təsdiqi yoxdur, lakin Tovmasyanın yaxın saatlarda açıqlama verəcəyi qeyd edilir.

Qeyd edək ki, bu gün qondarma parlamentin növbətənkənar iclası çağırıldığı xəbəri yayılıb.