-
- 20-05-2023, 11:09
- 1 621
Xankəndidə GƏRGİNLİK: Araik gedir, yerinə isə... - Vardanyanın ŞOK PLANI
“Xankəndidə daxili siyasi vəziyyət gərginləşib”.
News24.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
“Bir tərəfdən Samvel Babayan və Ruben Vardanyanın simasında “müxalifət” qüvvələri fəallaşıb. Eyni zamanda Babayan “dövlət naziri”nin təyin olunmasını tələb edir. Digər tərəfdən, “hakimiyyət” daxilində sakitlik yoxdur: “parlament”də və “hökumət”də”.
Məlumata görə, Xankəndidə mənzillənmiş cinayətkar rejimin “Milli Assambleyasının” sədri Artur Tovmasyan “parlament”in növbəti iclası zamanı bəyanatla çıxış edib və Araik Arutyunyan “istefa”sını tələb edib.
Xatırladaq ki, bir neçə gün əvvəl qondarma rejimin “rəhbəri” siyasi məsləhətləşmələrin başlandığını və “müxalifət” qüvvələrinin nümayəndələrinin, o cümlədən Samvel Babayan və Ruben Vardanyanın daxil olacağı yeni “qurum”un formalaşdığını elan etmişdi. Lakin məsləhətləşmələr nəticəsiz qalıb, cinayətkər rejimin “siyasi qüvvələri” bir masa arxasında əyləşə bilmir, “iqtidar”, “parlament” və “parlamentdənkənar müxalifət” arasında razılıq əldə olunmayıb.
Məlum olub ki, Arutyunyan qondarma rejimdə “etimad referendumu”nun keçirilməsi təklifi üzərində dayanaraq qərar verib. Separatçılar yaxın bir-iki ayda “referendum” təşkil etməyi planlaşdırır.
Turan