3 min avtomobili daşıyan gəmi yanır: ÖLƏN VAR
    • 26-07-2023, 17:57
    • 230

3 min avtomobili daşıyan gəmi yanır: ÖLƏN VAR

Hollandiyada Almaniyadan Misirə avtomobilləri daşıyan yük gəmisinin sahillərində yanğın baş verib.

News24.az
xəbər verir ki, yanğın təxminən 3 min avtomobili olan "Fremantle Highway Flower" yük gəmisində  baş verib, 1 nəfər ölüb.

Yanğında 22 ekipaj üzvü xilas edilib. Hollandiya Sahil Mühafizəsinin sözçüsü Lea Versteeg Radio NOS1-ə bildirib ki, yanğın hələ də söndürülməyib və xüsusilə avtomobillərin olduğu gəmidə yanğına nəzarət etmək çətindir.

Versteeg, 2013-cü ildə inşa edilən 200 metr uzunluğunda və 32 metr enində olan yük gəmisinin batmaq təhlükəsi ilə üzləşdiyini, yanğınsöndürmə qrupunun gəminin batmasının qarşısını almaq üçün çalışdığını bildirib. Alman mediasının Hollandiya səlahiyyətlilərinə söykəndiyi xəbərdə yanğının göyərtədəki elektriklə işləyən bir vasitədən başladığı iddia edilib.

Aydan