-
- 10-05-2022, 17:27
- 391
Azov dənizində gəmi yanır, içərisində Azərbaycan vətəndaşları da var
Azov dənizində Temrük yaxınlığında taxıl daşıyan Türkiyə gəmisində yanğın baş verib.
News24.az xəbər verir ki, “İnterfaks” məlumat yayıb.
Bildirilir ki, gəmi heyəti yanğınla mübarizə üçün kömək istəməyib və yanğını özləri söndürməyə çalışıblar.
Məlumata görə, “Aqua” adlı yük gəmisinin göyərtəsində Azərbaycan, Türkiyə və Hindistan vətəndaşı olan 13 nəfər var.
Vanuatu bayrağı altında üzən gəminin Türkiyənin “Aquas Limited” şirkətinə məxsus olduğu qeyd olunub.